“Bu Heydər Əliyev üçün teatr kimi bir şey idi...” – Wikileaks

bu-heyder-eliyev-ucun-teatr-kimi-bir-sey-idi-wikileaks
Oxunma sayı: 670


Əvvəli burada

“Qafqazinfo” Wikileaksdə səfir Enn Dersə istinadən “Yox olmaqda olan Azərbaycan müxalifəti” adı altında təqdim olunan materialının ikinci hissəsini tərcümə edib. Həmin materialı təqdim edirik. Materialda qeyd olunur ki,

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (guya heç bir partiyanı təmsil etmir) deyib ki, 70 illik sovet qaydalarında azərbaycanlıların hökuməti idarəetmədə təcrübələri var, lakin müxalifətin yox: “Bütün müxalifətin proqramı eyni görünür və onlardan heç birinin siyasi platforması yoxdur. Onların platformaları belədir; “Gəlin gedək meydanda nümayiş keçirək”.

Keçən bir neçə il ərzində çoxlu sayda kiçik partiyaların böyük eqoları olan lazımsız liderlərin ətrafında toplaşması nəticəsində müxalifət parçalanmağa davam etdi. Bəlkə də, ən parlaq nümunə bu ildə Azərbaycan Demokratik Partiyasının parçalanması oldu. Partiya əvvəllər parlamentin keçmiş spikeri, sürgündə olan Rəsul Quliyevin ətrafında birləşmişdi, hansı ki, 2005-ci ildə Azərbaycana qayıtmaq üçün uğursuz cəhd etmişdi. ADP adını saxlayan partiyaya Quliyev rəhbərlik edir, keçmiş müavini Sərdar Cəlaloğlu isə yaxın vaxtlarda elan etmişdi ki, 2008-ci il prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Quliyev hazırda yerdə qalan bir neçə tərəfdaşı ilə birgə Açıq Cəmiyyət Partiyasını təşkil edir ki, bununla da Quliyevin vətənə dönmək üçün daha bir potensial imkanı yaranmış olur.

Lalə Şövkət qeyd etdi ki, “İnsan sözünün üstündə durar. Əgər (Quliyev) geri qayıtmış olsaydı, o, bir neçə ilini həbsdə keçirəcəkdi və lider kimi ortaya çıxacaqdı. İndi isə o heç kimdir”.

Bu biznes deyil, bu şəxsidir

Müxalifət liderləri onlara nisbi azadlıqla işləməyə icazə veriləndə Heydər Əliyevin “qızıl dövrü”nü xatırlamağa tələsdilər. Onlar dəyişiklikləri İlham Əliyevin şəxsi zəifliyi və özünə inamsızlığının üstünə atırlar. “İlham Əliyevlə atası arasındakı fərq ondadır ki, İlham Əliyev neft pullarını özü üçün istəyir. Bu narkotik kimi bir şeydir. Lakin Heydər Əliyev pulu şəxsi deyil, siyasi məqsədləri üçün alət kimi görürdü. Heydər Əliyev müxalifət liderlərini balanslaşdırmağı bacarırdı. Bu onun üçün teatr kimi bir şey idi”- deyə Lalə Şövkət vurğulayıb. “O, başa düşürdü ki, demokratiyanın təqlidi vacibdir. İndi bizim təqlidimiz belə yoxdur”-Lalə Şövkət əlavə edib.

Eynilə Eldar Namazov da Heydər Əliyevi “çox təcrübəli və özü-özünə borclu olan adam” kimi təsvir etmişdi.

Əli Kərimlinin sözlərinə görə, hökumət İlham Əliyevin şəxsi qorxularına görə müxalifəti boğmaq siyasətini yürüdür: “Heydər Əliyev siyasi fəaliyyətə icazə verirdi, lakin ona nəzarət edirdi. O, Qərb məsələsində həmişə çox diqqətli idi. İlham Əliyev Qərb siyasi standartlarına malik olduğunu iddia edir, lakin reallıqda onun maraqları şəxsi və biznes yönümlüdür, qeyri-peşəkardır. O, debatlardan və mətbuat-konfranslarından çəkinir və rəqabət istəmir”.

İsa Qəmbər isə əksinə olaraq, düşünür ki, İlham Əliyev neft gəlirləri ilə möhkəmlənib və onda atasında olmayan özünəinam hissi var. Qəmbər, Rusiyanın sabiq Maliyyə Naziri Yegor Qaydarı sitat gətirib və qeyd edib ki, bu eyni dərəcədə Azərbaycana da aiddir: “Bir ölkənin neft sərvəti artanda, onun hökumətinin intellektual potensialı azalır”. Qəmbər iddia edirdi ki, Heydər Əliyev əcnəbilərdən çəkinirdi və beynəlxalq ictimaiyyət tərəfindən təyin olunan sərhədlərə qədər gedə bilərdi. Onun oğluna isə pulları sayəsində beynəlxalq ictimaiyyətin təsir qüvvəsi daha da azalır.

“Cib müxalifəti”

Azərbaycan hökuməti göründüyü kimi “radikal adlanan” Müsavat, Xalq Cəbhəsi, Liberal kimi partiyaları əvəzləmək və alternativ müxalifət yaratmaq üçün artıq bir neçə ildir ki, davamlı olaraq çalışır. Onlar müntəzəm olaraq hökumət mövqelərini dəstəkləyirlər. Ana Vətən Partiyası 2006-cı ildə prezident səlahiyyətlərinin müddətinin yeddi ilə qədər uzatmaqla bağlı təklif irəli sürür. Digər əsas müxalifət partiyaları kimi bu yeni “cib müxalifət” qrupu da qaranlıq maliyyəsi və təmtəraqlı avtomobilləri ilə xalqın gözündə inamı itiriblər.

Sonda şərh verən səfir Enn Ders ənənəvi müxalifətin gücünü itirdiyini yazıb. Hətta güclü dövlət təzyiqi olmadan belə, onların əksər azərbaycanlıların gözündə legitimliklərini itiriblər. Səfir, onların daxili dayaqlar tapmaq yerinə vaxtlarının çoxunu özlərinin beynəlxalq görünüşlərinə sərf etdiyini bildirib: “Onlar hökuməti korrupsiyada ittiham edirlər, lakin özləri izah edə bilmirlər ki, öz məhdud fəaliyyətlərini necə maliyyələşdirilər. Ana müxalifət partiyalarından heç biri yeni lider yetişdirmir, bu onların təşkilatlarını idarə etmədə nə qədər demokratik olmaları ilə bağlı sual doğurur.

Səidə