“Bu insidenti törədənlər cəzalandırılsın” - Bəyanat

bu-insidenti-toredenler-cezalandirilsin-beyanat
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, KCXP Azərbaycanın tanınmış hüquq müdafiəçisi, vəkil İntiqam Əliyevin Türkiyə Cümhuriyyətinin hava limanında qarşılaşdığı kobud hörmətsizliyi pisləyib: “İntiqam Əliyev uzun müddətdir ki, Azərbaycanda demokratik cəmiyyət quruculuğu uğrunda ləyaqətlə mübarizə aparan, prinsipial və peşəkar fəaliyyəti ilə xalqımızın rəğbətini qazanmış tanınmış vəkillərindəndir. Klassik Xalq Cəbhəsi Partiyası qardaş Türkiyə Cümhuriyyətinin dövlət orqanlarından ölkəmizin dəyərli ziyalısı, prinsipial vəkili İntiqam Əliyevə qarşı olmuş bu hörmətsizliklə bağlı obyektiv araşdırma aparıb bu insidenti törədənləri cəzalandırmağı tələb edir.”.