“Bu, İslam deyil”- Etiraz

bu-islam-deyil-etiraz
Oxunma sayı: 653

“Azerimuslims.com” “Anadolu Agentliyi”nə istinadən bildirir ki, Türkiyənin paytaxtı Ankarada “Mübarək mövlud” tədbirləri çərçivəsində “Həzrəti Peyğəmbər Qardaşlıq Əxlaqı və Hüququ” mövzulu konfrans keçirilib.

Konfransda çıxış edən Türkiyə parlamentinin sədri Cəmil Çiçək hazırda islam dünyasında cahiliyyə dövründəki kimi vəhşilik və cinayətlərin baş alıb getdiyini, müsəlmanların bir-birilərini qətlə yetirdiklərini bildirib. Çıxışında islam dünyasının sülhə və əmin-amanlığa ehtiyacı olduğunu deyən parlament sədri hazırkı mənzərənin bunun əksi olduğunu qeyd edib.

“Hər yerdə qan və göz yaşı hakimdir. Şəhərlər topa tutulur, günahsız insanlar, qadınlar, uşaqlar və yaşlılar öldürülür. Müsəlmanlar bir-birinə qənim kəsilib. Bu, İslam deyildir. İlahi vəhy bu deyil”, - deyə Çiçək çıxışında vurğulayıb.

Konfransda çıxış edən Türkiyənin Baş nazirinin köməkçisi Bəkir Bozdağ isə məktəblərdə Quran dərslərinin keçirilməsinin türk milləti üçün böyük bir fürsət olduğunu qeyd edib.