“Bu itki məni yandırır”

bu-itki-meni-yandirir
Oxunma sayı: 656

Daha doğrusu, aktyorun mətbuat agenti Stallonenin bəyanatını yayıb. Milli.Az ABC-yə istinadən bildirir ki, Stallonenin mətbuat agenti Mihel Beqanın imzası ilə yayılmış açıqlamada deyilir: "Oğlunun ölümü Silvestr Stalloneni çox kədərləndirib. O, dərdə düşdüyünü deyir. Cənab Stollene mənən və ruhən indi Seycin anası Saşanın yanındadır".

Seyc Stalonnenin meyidi Los-Anceles şəhərinin Studio-Siti səmtindəki malikanədə tapılmışdı. Seyc Stalonnenin meyidinin patoloqoanatomik və toksikoloji espertizalarının ilkin nəticələri artıq hazırdır.

Onun həyatına qəsdən son qoyması ilə bağlı versiya da araşdırılır. "Seyc həyatımızın, yaşam kainatımızın mərkəzi idi. Onu itirdiyimizi anlayırıq və bu itki məni yandırır. Oğlumun ölümü ilə bağlı yayılan şayiələrə, çirkin iddialara da son qoyulmasını istərdim. O, mənim oğlumdur və Seyc barədə deyilən hər yanlış kəlmə məni yandırır", - Stallonenin açıqlamasında deyilir.

66 yaşlı aktyorun sözlərinə görə, bir neçə gün sonra toyu olacaq oğlunun itkisi ona çox ağır zərbə vurub.

Seyc Stallonenin ölümü ilə bağlı məşhur aktyor, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsnegger də açıqlama ilə çıxış edib: "Fikirlərim və dualarım Slaylla, onun ailəsi ilədir. Son onilliklər ərzində Silvestr yaxın dostum olub və indi də yaxın dostumdur. Mən və ailəm Silvestrin dünyadakı milyonlarla pərəstişkarının indi onun, ailəsinin yanındyıq".