Bu məhsullar ölüm riski yaradır

bu-mehsullar-olum-riski-yaradir
Oxunma sayı: 664

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ərzaq, Əkinçilik və Heyvandarlıq Nazirliyinin keçən il apardığı təcürbələrdə hamburqlərdə aşkar edilən Salmonella ve Listeria virusları indi sosis və kolbasalarda tapılıb.

Aparılan araşdırmalar zamanı bu məhsullarda xərçəng yaradan maddələrdən ölüm riski verən viruslaradək çoxlu ziyanvericilər müəyyən edilib. Etiketlərində “100 % dana əti” reklamı olan kolbasalarda isə insanları şoka salan nəticələrə gəlinib.

Kolbasa, sosis kimi məhsullarda işlədilməsi qəti olaraq qadağan edilən ağ ciyər, dalaq, böyrək kimi orqanlardan istifadə olunması görünüb.

Bu məhsulların xarab olmaması üçün nitratdan həddindən çox istifadə olunduğu bildirilib.