Bu nə kaprizdir belə? - Fotolar

bu-ne-kaprizdir-bele-fotolar
Oxunma sayı: 676



Bir neçə il əvvəl Kiprdə əyləncə mərkəzinin açılışında iştirak edən Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ onunla birlikdə bu açılışda iştirak edən Aysu Baceoğlu və Şebnem Schaefferlə şəkil çəkdirməkdən imtina edib. Tatlıtuğ bildirib: “O, qadınlarla şəkil çəkdirmərəm. Mən gedəndən sonra gəlsinlər”.

Türkiyənin məşhur “Gönülçelen” və “Asi” serialında çəkilən və böyük tamaşaçı rəğbəti qazanan Tuba Büyüküstün isə serialın çəkiliş meydançasına gələn pərəstişkarları ilə heç maraqlanmayıb. Aktrisanın bu cür rəftarına qəzəblənən fanatlar Büyüküstünə alqışlarla etiraz ediblər.

Bir müddət əvvəl özəl telekanalda veriliş aparıcısı olan Seray Sever öz kaprizləri ilə proqrama dəvət etdiyi qonaqları əsəbləşdirib. Belə ki, Sever qonaqlarla maraqlanmadığından bəziləri ona “diqqətli ol, bundan sonra verilişinə dəvət etməyə qonaq tapa bilməyəcəksən” xəbərdarlığı edib.

Jurnalistlərlə münasibəti yaxşı olan türk müğənnisi Demet Akalın isə bir zamanlar kaprizlərinə görə jurnalistlərdən gözləmədiyi reaksiya ilə qarşılaşıb. Müğənninin “mənim maqazin mətbuatına ehtiyacım yoxdur, onlarla danışmayacağam” deməsi müxbirləri əsəbləşdirib. Jurnalistlər günlərin birində öz dostu ilə restoranların birindən çıxan Akalına sürpriz ediblər. Kamera və fotoaparatlarını yerə qoyan müxbirlər arxasını Akalına çeviriblər.

“Acı həyat” və “Adanalı” seriallarında çəkilən Türkiyənin məşhur aktrisası Selin Demiratar “Adanalı” serialında öz istəyi ilə ayrıldığını bildirsə də, əslində onun serialdan vaxtından əvvəl çıxarılmasının səbəbi başqa olub. Sevgilisi Mehmet Akif Alakurt ilə baş rolu paylaşması Demiratarın istəklərini birə-beş artırıb. Çəkiliş meydançasında yeri gəldi-gəlmədi suşi, kabab, pizza istəyən və çəkiliş yerlərini bəyənməyən, üstəlik istənilən performansı yerinə yetirməyən aktrisa çəkiliş qrupu ilə problemlər yaşayıb. Prodüserlər Əli və İnci Gündoğdu cütlüyü aktrisa ilə bir neçə dəfə danışmağa cəhd etsələr də, bu cəhdlər nəticəsiz qalıb. Başqa əlac tapa bilməyən prodüserlər Demiratara “gələn həftə səni öldürürük” xəbərini göndəriblər. Beləliklə, aktrisa kaprizlərinə görə, vaxtından əvvəl ssenaridə dəyişiklik nəticəsində serialı tərk edib. Prodüserlərdən üzr istəyən aktrisa bir də oxşar hadisələri təkrarlamayacağını söyləsə də, onun istəyi qəbul olunmayıb və aktrisa seriala vida edib.

Hollivudun məşhur ulduzu Demi Moore da illər əvvəl həyat yoldaşına etdiyi kaprizi ilə gündəmə gəlmişdi. Səfər etmək üçün xüsusi təyyarə tutan Moorenin çamadanları baqajaya sığmayıb. Bundan qəzəblənən ulduz daha böyük təyyarə gətirilməsini istəyib. Baqajı daha böyük təyyarənin olmadığını bilən Moore səfərdən imtina edib.

Nərgiz Ehlamqızı