“Bu nə qədər tez baş verərsə, bir o qədər yaxşı olacaq”- Mövqe

bu-ne-qeder-tez-bas-vererse-bir-o-qeder-yaxsi-olacaq-movqe
Oxunma sayı: 648

Bunu ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye bildirib. “Bu nə qədər tez baş verərsə, bir o qədər yaxşı olacaq. Görürsünüz ki, bu gün Yaxın Şərqdə hansı hadisələr baş verir. Münaqişələrin uzanması, onu həllini daha da çətinləşdirir” – deyə Fasye bildirib.

Diplomat qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Cənubi Qafqaz regionu Avropadan uzaqda yerləşir. Hazırda Avropanın gündəmində duran ən vacib məsələ Avropa İttifaqının və avronun gələcəyinin necə olacağıdır. “Bilirsiniz ki, indi dünyada iqtisadi böhran baş verir və ölkəmiz bununla maraqlanır”.

Fasye sonda bu gün həmsədrlik fəaliyyətinin yekunları ilə bağlı vida xarakterli mətbuat konfransı keçirəcəyini də vurğulayıb.

Xatırladaq ki, səfir Bernar Fasye Minsk qrupundakı Fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq. Onu əvəz edəcək və əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş Jak For öz missiyasına hazırlaşır. Hazırda o, Minsk qrupunun həmsədrlər institutunun fəaliyyətini öyrənir.

anspress