Bu ölkə neft ehtiyatlarında liderdir

bu-olke-neft-ehtiyatlarinda-liderdir
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bu fakt BP-nin “Dünya energetikasının statistik xülasəsi”ində qeyd olunub.

BP-nin göstərcilərində qeyd olunur ki, 2011-ci ilin sonlarında Venesuelanın neft ehtiyatları 296,5 milyard barrel olub. Bu da ümumilikdə dünya neftinin 18 %-ni təşkil edir.

Səudiyyə Ərəbistanın neft ehtiyatları isə ötən ilin sonundakı göstəricilərdə 265,4 milyard barrel, yəni 16% həcmində olub.
Venesuela prezidenti Uqo Çaves deyib ki, bu ilin oktyabrında yenidən seçilərsə, ölkənin neft hasilatını iki dəfə artırmağa nail olacaq. Çaves 2019-cu ilə qədər neft hasilatını sutkada altı milyon barrelə qədər artırmaq niyyətndədir.