“Bu ölkəyə prezident lazımdırmı?” - Erməni deputat

bu-olkeye-prezident-lazimdirmi-ermeni-deputat
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ermənistan parlamentinin deputatı, “Erməni Milli Konqresi” parlament fraksiyasının katibi Aram Manukyan jurnalistlərlə görüşü zamanı deyib.

Manukyanın sözlərinə görə, Ermənistan 10 il əvvəl korrupsiya göstəricilərinə görə dünyada 75-ci yeri tuturdu. Onun fikrincə hakimiyyətin “inadkar səyləri” nəticəsində bu göstərici 50 pillə də qalxıb: “Korrupsiya hər yerdədir, bütün sistemlərdə mövcuddur. Onlar avropalıları aldatmaq istəyirlər ki, guya Ermənistanda bu tip proseslər mövcud deyil, lakin heç kim inanmır”.

Manukyan eyni zamanda ölkədə əsas problemlərdən olan mühacirət məsələsinə də diqqət çəkib: “Ermənistan narahatlıq doğuracaq situasiyadadır. Sizə məlum olan emiqrasiya rəqəmləri Ermənistanı tərk edən insanların cəmi 43 faizini təşkil edir...Hesab edirəm ki, Ermənistanın siyasi qüvvələri öz ambisiyalarını, şəxsi arzularını kənara qoymalı və ümumi dil tapmağa çalışmalıdır”.

Deputat hesab edir ki, əgər siyasi güclər və şirkətlər bu yolda birləşməsələr perspektivdə daha pis nəticə gözlənilə bilər: “Bütün narahat siyasi qüvvələr bunu başa düşməli və ortaq məxrəcə gəlməlidirlər. Viran halda olan Ermənistana prezident, parlament lazımdırmı?”