“Bu, provakasiyadır!”

bu-provakasiyadir
Oxunma sayı: 641

“Xankəndi ilə kənar ölkələr arasında hər-hansı bir əlaqə yoxdur ki, uçuşlar baş tutsun. İrəvandan savayı uçuşları həyata keçirmək mümkün deyil”. “Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Xankəndi hava limanının fəaliyyət göstərməsi imkanları ilə bağlı lazım olan texniki parametrlər mövcud deyil: "Digər tərəfdən beynəlxalq öhdəliklərin və müvafiq qanunların ciddi şəkildə pozulması ilə belə bir hərəkətin edilməsi həm Ermənistanın provokasiya xarakterli hərəkətlərini ortaya qoyur, həm də Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlara böyük zərbə vurur”.

Bu məsələdə Azərbaycanın ədalətli mövqeyi, beynəlxalq hüquqa söykənərək qaldıracağı məsələlərin, uçuşların həyata keçirilməsinə imkan verməyəcəyini vurğulayan Əli Əhmədov tezliklə bütün bunların qarşısının alınacağını da qeyd edib.