“Bu qadını məndən uzaq tut!” - Ərdoğan

bu-qadini-menden-uzaq-tut-erdogan
Oxunma sayı: 667

Türkiyə baş nazirliyinin keçmiş mətbuat katibinin yazdığı köşə yazısı Ərdoğanla bağlı maraqlı iddialarla diqqət çəkib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Ahmet Takan Abdulla Gülün baş nazir olduğu dövrdə Ərdoğanın üç noyabr seçkilərindən sonra Avropa ölkələrinə səfər etdiyini və bəzi jurnalistləri də özü ilə apardığını xatırladıb: “Ərdoğanın yaxın məsləhətçisi Mücahid Arslan səfər öncəsi Ərdoğanın görmək istəmədiyi jurnalistlərin adını mənə bildirdi. Bu adların başında Nazlı Ilıcak vardı. Ilıcakı səfərlərə dəvət etmədiyimiz halda o bir yolunu tapıb təyyarəyə minərdi. Bir dəfə Esenboğa hava limanına gəlmiş və qalmaqal yaradaraq təyyarəyə minib səfərə qatılmışdı. Səfərlərin birində Nazlı yanıma gəlib Ərdoğanla şəxsən görüşmək istədiyini bildirdi. Emin Şirin də o vaxtlar AKP millət vəkili seçilmiş və Nazlı Ilıcak ilə evli idi. İlıcakın israrlarından sonra tələbini Ərdoğana çatdırdım”.

Ahmet Takan Ərdoğanın onu qulağına pıçıltı ilə “Bu qadını nə edirsən et məndən uzaq tut” dediyini qeyd edib: “Ərdoğanın məşğul olduğunu və görüşə bilməyəcəyini Nazlı Ilıcaka bildirdim. Aradan bir müddət keçdikdən sonra Ilıcak mənə bağlı zərf içində bir məktub uzatdı və Ərdoğana çatdırmamı xahiş etdi”.

Ahmet Takan daha sonra köşəsində Ərdoğanın məktubu oxuduqdan sora bərk qəzəbləndiyini və “Necə yəni, həyat yoldaşını millət vəkili etdik yetmədimi? Bir də nazirmi edəcəyik. Uzaq tut məni bundan Ahmet” deyə cavab verdiyini yazıb.

Səidə