Bu qatarda niyə yer qalmayıb?

bu-qatarda-niye-yer-qalmayib-
Oxunma sayı: 636

Siyasət və siyasətçilər əvvəlki illərə nisbətən adiləşib. Öncəlliklə, siyasətçilərin ətrafında on minlərlə tərəfdarlar var idi və onlar əksər çətin işləri boyunlarına götürürdülər. İndi isə, siyasətçilər özləri həm komandir, həm jurnalist, həm yazar, həm təşkilatçı, həm də natiqlərdir. Siyasətçilər üçün Azərbaycan nədən belə çətin bir dövrana çevrildi? Qatar kimi düzülən insan kütləsi, qatarını itirdimi?

Bu suala AXCP sədrinin müavini Razi Nurullayev metafora ilə cavab verib: "Öncəlliklə siyasət platformasından çıxan qatarlar lüks idi, həm kupesi var idi, həm SV-si. Qatarlar həm də Bakının görməli yerlərindən yola çıxırdı. İndi isə siyasət qatarları Bombeydən yola çıxır. Bacaranlar yer tapıb əlini harasa ilişdirir və sallanmaqda davam edir. Digər tərəfdən, lüks qatarlarda gedənlər qatarı zəbt edib özü üçün saxlayır. Heç kim qatarları geri göndərmək istəmir. Geridə qalanlar isə sınıq-salxaq nə tapsa, ona minməli olurlar. Yaxşı yerdən çıxan Azərbaycan qatarları yenə də var. Amma, onlara minmək üçün biletlər yoxdur, ya da bütünlüklə qanunsuz olaraq süni monopoliyadadır. Üstəlik də, bir iki bilet tapmaq mümkün olsa da, rüşvətsiz və "şapka"sız almaq mümkün deyil. Buna görə də biz öz qatarımızı tikməklə məşğuluq. Tezliklə hazır olacaq. Amma, hələ ona kimi qatarlar Bombeydən gedir".

AXCP sədrinin müavini ona işarə edib ki, bir qayda olaraq Hindistanın Bombey şəhərindən çıxan qatarlar insan kütləsindən görünməz hala düşür. Qatarın hər yerindən insanlar asılaraq gedir, qatarın üstündə bir qayda olaraq içindəkilərdən çox adam olur.

Bu sualı digər siyasilərə də ünvanlayacayıq.