“Bu qeyrəti pula satmaqdır” - Qalmaqal

bu-qeyreti-pula-satmaqdir-qalmaqal
Oxunma sayı: 659





“Bu gün, torpaqlarının 20 % - i ermənilər tərəfindən işğal edilmiş Azərbaycanda, ermənilərlə dostluq münasibətində olan gənclərin mövcudluğu Azərbaycan dövlətçiliyinə təhlükə, türk millətinə isə hörmətsizlikdir və eyni zamanda namus – qeyrəti pula satmaqdır”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı gənclərə müraciətində deyib. Təşkilat bəzi sosial şəbəkələrdə və real həyatda Dalğa Gənclər Hərəkatı adlı bir qrup gəncin ermənilərlə dostluq etməsi faktını irəli sürərək bunu pisləyib: “Azərbaycanın tarixi ərazilərində “dövlət yaratmış” ölkəyə münasibətdə adamları “mədəni və tolerant ” olmağa çağırması Azərbaycan gənclərinin etirazına səbəb olub. Hətta tutduqları əməldən peşmançılıq hissi keçirməyən Dalğaçılar özlərini liberal – demokrat, Azərbaycan gəncliyini və etiraz edən jurnalistləri isə “geridə qalmış” adlandırmaqla mənfəət və çıxarlarını təmin etməyə çalışırlar” .
MDHP bu cür gənclər təşkilatlarını hansısa xarici fond tərəfindən maliyyələşməkdə, Milli Dövlətçiliyimizə qarşı təhlükə yaratmaqda ittiham edərək onları milli kimliklərini dərk etməyə çağırıb.
Səidə