Bu qız da Bəşər Əsəddən bezib

bu-qiz-da-beser-esedden-bezib
Oxunma sayı: 654

Suriyanın BMT-dəki diplomatı Bəşər Cəfərinin qızı Şəhrəzad Cəfəri “Əl-Ərəbiyyə” kanalına email məktub ünvanlayaraq Bəşər Əsəd rejiminə nifrət etdiyini yazıb. Diplomatın qızı Suriyadakı rejimin 19 min günahsız insanı qətlə yetirməsindən şoka düşdüyünü bildirib.

ABŞ-dakı PR şirkətlərdən birində çalışan və Bəşər Əsəd rejiminin lobbiçiliyini edən Şəhrəzad Cəfəri artıq Suriya hakimiyyətinin bütün imkanlarını tükətdiyini və devrilməsinin an məsələsi olduğunu yazıb.