“Bu qurum nə qədər effektli fəaliyyət göstərir?”

bu-qurum-ne-qeder-effektli-fealiyyet-gosterir
Oxunma sayı: 657

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Assambleyada cıxış edən ATƏT-in Minsk Qrupunun üzvü, Böyük Britaniyanın Avropa və xarici işlər naziri Devid Lidinqtona sualında 20 ildir öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən tapdalanan haqlarının bərpası məsələsini qaldırıb. “Qafqazinfo”nun məlumatına görə, millət vəkili deyib: “Sizin ölkəniz də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi bir missiyanı daşıyan ATƏT-in Minsk Qrupunun üzvüdür. Amma bü günə qədər, təxminən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin tənsimlənməsi istiqamətində heç bir irəliləyişə və nəticələrə nail ola bilməyib. 20 ildər artıqdır ki, təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz yurd-yuvasına, öz ev-eşiyinə dönə bilmir. Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Siz münaqişənin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun rolunu necə qiymətləndirirsiniz? Sizcə, bu qurum nə qədər effektli fəaliyyət göstərir? Ortada münaqişənin həllinə dair heç bir irəliləyiş yoxdur və sizin fikirlərinizi bilmək istərdik?” fikirlərinə və sualına cavabında deyib: “Biz ATƏT-in Minsk Qrupunun üzvüyük, lakin qrupun həmsədrliyində deyilik. Böyük Britaniyanın Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini istiqamətləndirə biləcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycan və Ermənistan hökumətləri bu məsələdə razılığa gəlməlidir. Münaqişənin həlli məsələsində əsas ağırlıq ilk növbədə tərəflərin üzərinə düşür. 2010-cu ildə Azərbaycanda oldum. Ölkəyə səfərim zamanı Azərbaycan prezidenti və digər rəsmilərlə görüşümdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr apardım. Bu il ərzində isə Ermənistana səfər etməyi düşünürəm və bu məsələni onlarla da müzakirə etməyi planlaşdırıram”