Bu reklamlar qadağan olundu-Fotolar

bu-reklamlar-qadagan-olundu-fotolar
Oxunma sayı: 641

Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Britaniyanın Reklam Standartları Komitəsi (ASA) belə qərar qəbul edib.

Komitənin məmurları Staynfeldin çəkildiyi reklamı "məsuliyyətsiz" adlandırıblar, çünki yeniyetmə çox təhlükəli situasiyadadır. "Miu Miu" posterlərində relsdə oturmuş Heyli çox pərişan, ağlamağa hazır vəziyyətdədir.

Şəkilləri məşhur fotoqraf Bryus Veber çəkib. Şirkət mənsublarının dediklərinə görə, reklam kampaniyası hansısa filmin çəkiliş prosesini xatırladır.

Supermodel Lüsi Pinderin çəkildiyi reklam da Britaniyada yasaqlanıb. Pinder "Unilever" konserninin istehsalı olan yeni "Lynx" dezodonrantını reklam edir.