“Bu şərtlər ilə qəzet çıxartmaq olmaz”

bu-sertler-ile-qezet-cixartmaq-olmaz-
Oxunma sayı: 687

“16-cı nömrədə yazmışdıq ki, gələn il 300-cən 6 manat verən müştəri olsa qəzeti həftədə bir dəfə çıxardacayıq. Amma indiyəcən həftəlik qəzet istəyən 4-5 adam var və yəqindir ki, təzə iləcən belə qəzet istəyən 100-dən ziyadə olmayacaq. Pəs belədə təzə iləcən gözləyib sonra gərək qəzeti bəhrəm edək. Amma vaxt elə
gəlir ki, onu bəhrəm etmək insaf deyil. Ona binaən bu vaxtda meydan xali qalmasın deyibən məlum edirik ki, gələn il genə qəzet iki həftədə bir çıxacaq və qiyməti 3 manat olacaq. Bir məsələdir at ölüncən otlar. Biz də bəsdir sözünü müştərilərdən və ya qeyridən eşidənəcən gərək danışaq. Sonra...

Həzərat, neçə dəfə ərz eləmişik ki, bu şərtlər ilə qəzet çıxartmaq olmaz. Gərək Tiflisdə çapxanamız olsun ki, həmişəlik qəzet çap olunsun, yoxsa 1-2 ilə bizim qəzet bərhəm olacaq. Belədə lazımdır ki, bizim tavana kəslər qəzet fikrində olub bir icma bina etsinlər ki, onlardan vüsul olan məbləğ ilə çapxana açılsın, qəzet basılsın. Haşa bu iş bir tək adam işi deyil. Bizə məlumdur ki, heç kəs özünə tavana
deməz. Pul ver sözü heç kəsə xoş gəlməz. Amma insanda insaf da gərək olsun. 10-15 nökər, ya at, ya Tula, ya quş saxlayan, Qafqazda qeyri tayfaları xristian etməkdən ötrü bina olan icmaya calis olub ildə 500 manat verən onun beşdən bir hissəsini öz dilində qəzet çap olunmağa məsrəf etsə məgər günah olar?

Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olur.

Dağıstanda Mehdi xan Usmiyev Qeytaği yazır ki, qəzetini qiymətini
artırmayıb onu həftədə bir çıxardaq ki, tavana kəslərimiz onun artıq xərcini versinlər və özü mədyun olur ki, ayda 10-15 manat göndərsin. Bizim bu halda iki həftəlik qəzet çıxarmaqdan ötrü zəhmətimizdən savayı ildə 5-6 yüz manat zərərimiz olur və əgər onu həftədə bir çıxartsaq, gərək zərərimiz 1000-1200 manat
olsun. Belədə 1-2 adamın cüzi köməyindən karsazlıq olmaz, yaxşıdır ki, cəm olub 5-10 min manat yığaq, onun sələmi ilə həmişəlik və qiyməti az qəzet çıxarmaq olsun.

Ey millət təəssübü çəkən qardaşlar, əgər qəzetin xeyrini başa düşüb onun baqi olmağını istəyirsiniz, indi vaxtdır. Dəmir qızmış ikən onu döymək gərək, yoxsa sonra onu qızdırmaq düşvar olur”.