“Bu, siyasi partiyaların ətrafında baş verir”

bu-siyasi-partiyalarin-etrafinda-bas-verir
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Avropaya inteqrasiyada vətəndaş cəmiyyətinin rolu” adlı dəyirmi masada söyləyib. Vətəndaş Cəmiyyətində formalaşmasında xanımların güclü rolunun olmasının istədiyini deyən A. Mollazadə bu prosesdə vətəndaşların sərbəst və azad, gənclərin isə fəal olmalarının vacibliyini vurğulayıb.

Dəyirmi masada müəyyən suallar üzərində qurulub. Onlardan biri “Necə edə ki, Azərbaycanda Vətəndaş Cəmiyyəti rəngarəng olsun?” olub. Partiyanın sədri deyib ki, Azərbaycanda İnsan hüquqlarının müdafiə edən 500-600 təşkilat var: “Niyə bu qədər çoxdurlar, beynəlxalq donor təşkilatlardan nə isə güddüklərinə üçün bu qədər çoxdurlar. 3-4 təşkilat var ki normal şəkildə fəaliyyət göstərirlər. Qalanlarının isə sadəcə adı var. Avroatlantik yol mədəniyyətlə bağlıdır, peşəkarlıqla bağlıdır. Yüksək təhsil və yüksək savadla bağlıdır”.
A.Mollazadənin sözlərinə görə, Azərbaycan bu yaxınlarda Avronest adlanan quruma üzv olub ki, bu da ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar olması üçün milli vətəndaş forumunun formalaşdırılmasını tələb edir.
DİP sədri qeyd edib ki, hər bir inkişaf etmiş ölkədə vətəndaş cəmiyyəti vətəndaşların fəallığı ilə əlaqədardır: “Biz vətəndaş cəmiyyətində ilk növbədə Azərbaycan gəncliyini görmək istəyirik. Çünki gənclik bu prosesdə önəmli rol oynayır. Xanımların da cəmiyyətdə rolu güclü olmalıdır. Bu qüvvələrin inkişafı nəticəsində cəmiyyətin real gücü 2-3 dəfə arta bilər. Biz ölkənin aparıcı qeyri-hökumət təşkilatlarını dəvət etməklə onların fikirlərini öyrənmək istəyirik. Necə edə bilərik ki, Azərbaycanın vətəndaş cəmiyyəti rəngarəng olsun?”
A.Mollazadə Azərbaycanda 600-a qədər vətəndaş cəmiyyəti olduğunu, amma onların çoxunun fəaliyyət göstərmədiyini, bəzilərinin isə beynəlxalq donor təşkilatlardan qrant almaq məqsədi ilə yaradıldığını qeyd edib. Onun fikrincə, cəmiyyətin inkişafına təkan verə biləcək, əhatə etdiyi sahəyə töhfələr vermək imkanları olan təşkilatların sayı azdır. «Bu müzakirələrdə də əsas məqsəd vətəndaş cəmiyyətinin inkişaf yollarını axtarmaqdır. Biz beynəlxalq ictimaiyyətə, Azərbaycan dövlətində boşluq olan sahələrlə bağlı müraciət edə bilərik. Avroatlantik inteqrasiya isə idarəetmə mədəniyyətindən tutmuş məişət mədəniyyətinə qədər ümumi mədəniyyət sisteminin bərqərar olmasından keçir” – deyən DİP sədri Azərbaycan xalqına məxsus olan mərhəmət hissinə də diqqət çəkib: “Əsrin əvvəlində bir çox ziyalılarımız, dövlət xadimlərimiz Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə təhsil alıb. Bu gün də imkansız ailələrin uşaqlarının təhsilində xeyriyyəçilərimizin böyük rolu ola bilər. Digər tərəfdən, qocalara qayğı cəmiyyətin sayəsində təmin oluna bilər”.
A.Mollazadə çıxışçıların suallarına cavab olaraq bildirib ki, Azərbaycan Avropadan praqmatizmi öyrənməlidir. “Avropa coğrafi məkan deyil, ilk növbədə demokratiyaya, insan hüquqlarına, fikir azadlıqlarına önəm verən dəyərlər sistemidir. Məsələn, Fransada 500 min erməni, 600 min türk yaşayır. Lakin Fransanın ali qanunverici orqanında ermənilər olsa da, türklər yoxdur. Yaxud Almaniyada 4 milyon türk, 40 min erməni yaşayır. Amma Almaniya Bundestaqında yalnız 1 türk əsilli deputat var. Biz o dəyərləri ortaya qoymalıyıq ki, Avropaya gedəndə hər kəs ayağa dursun, bizi qəbul eləsin”.
A.Mollazadə Azərbaycanın mədəniyyətlərarası dialoqda böyük təcrübəsinin olduğunu vurğulayıb: “Angela Merkel deyib ki, mədəniyyətlərarası dialoq bitdi. Necə bitə bilər? Buna ilk növbədə Avropadakı vətəndaş cəmiyyətindən təpki gələcək. Azərbaycan Avropaya mədəniyyətlərarası dialoqda yeni nümunə təqdim edə bilər. Vətəndaş cəmiyyətimiz də təşəbbüskar olmalıdır. Cəmiyyət hökumətdən çox şey gözləməməlidir. Cəmiyyət töhfələrini, iradlarını ortaya qoymalıdır. Cəmiyyət ali məktəblərimizdə diplomların satılmasının qarşısının alınmasına, bu müəssisələrdə əsl təhsilin verilməsinə, bacarıqlı həkimlərin yetişdirilməsinə nail olmalıdır. Məsələn, Azərbaycanda idarəetmə ilə bağlı narazı insanların Avropada keçirdiyi aksiyalardan ermənilər bir siyasi texnologiya kimi yararlanırlar. Deyirlər ki, biz Azərbaycanda necə yaşaya bilərik? Ona görə də vətəndaş cəmiyyətimiz fəal, ağıllı olmalıdır”».
Tədbirdə çıxış edən QHT rəhbərlərindən Əhməd Qəşəmoğlu, Səadət Bənənyarlı, Telman Zeynalov, Günsel Səfərova, Lüdmila Xəlilova, Almaz Zeynalova, Elnur Məlikov, Sənan Nəcəfov, Ədilə Cahagirqızı, Sevil Yusifova, Eldar İsmayılov mövzu ətrafında fikirlərini bölüşüblər. Onlar Avropaya inteqrasiyanın effktivliyini təmin etmək üçün vətəndaş cəmiyyəti üzərinə düşən vəzifələrdən bəhs ediblər. DİP-in təşkilatçılığı ilə vətəndaş cəmiyyətlərinin on-layn forumunu yaratmaq təklifi irəli sürülüb. Ayda bir dəfə bu forum iştirakçılarının canlı debatlarının təşkili nəzərdə tutulub.

Tədbirdə Avropaya inteqrasiya ilə bağlı müxtəlif fikirlər səslədi. Avropanın coğrafi məkan olmadığını söyləyən iştirakçılar Avropaya dialoqla girməli olduğumuzu və bu dəyərlər sistemini düzgün qəbul etməli olduğumuzu deyiblər.