“Bu sizi birliyə, həmrəyliyə, səmimiliyə və fədakarlığa dəvət edir” - Lalə Şövkət

bu-sizi-birliye-hemreyliye-semimiliye-ve-fedakarliga-devet-edir-lale-sovket-
Oxunma sayı: 631

“Əziz soydaşlarım! Əziz müsəlman bacı və qardaşlarım! On iki ayın sultanı sayılan müqəddəs Kitabımızın Qurani-Kərimin nazil olduğu Ramazan ayı bütün müsəlmanlar üçün ən müqəddəs və şərəfli aydır.

Ramazan bütün müsəlmanları xeyirxah əməllər naminə birliyə, həmrəyliyə, səmimiliyə, fədakarlığa dəvət edir.

Bu ayın zirvəsi olan Müqəddəs və Şərəfli Ramazan Bayramı münasibəti ilə sizi hər birinizi səmimi ürəkdən təbrik edir, Allah-təaladan müqəddəs Ramazan ayında tutduğunuz orucun və etdiyiniz duaların qəbul edilməsini diləyirəm.

Allah bu mübarək ayda millətimizin rifahı, torpaqlarımızın azadlığı, dövlətimizin qüdrəti, millətimizin azadlığı uğrunda edilən bütün duaları qəbul etsin!

Uca Tanrımızdan sizin hər birinizə sülh, əmin-amanlıq, firavanlıq və səadət diləyirəm” .