“Bu sözlər İranı Ermənistana daha da yaxınlaşdırar” - Cavab

bu-sozler-irani-ermenistana-daha-da-yaxinlasdirar-cavab
Oxunma sayı: 687






İranın Azərbaycan respublikasındakı sabiq səfiri Əfşar Süleymani millət vəkili İqbal Ağazadənin “Qafqaznfo”ya verdiyi müsahibəsindəki bəzi fikirlərə münasibət bildirib. Cənab Əfşar Süleymaninin yazdıqlarının üslubuna toxunmadan olduğu kimi təqdim edirik.


“İqbal bəy musahibəsində bir neçə məsələyə toxunub ki, umumiyyətlə, təcrübəli bir millət vəkilindən və ali təhsilli, eləcə də partiya sədrindən gözləniməzdir. Beynalxalq huquq və əlaqələr baxımından və siyasi-tarixi cəhətlərdən bu musahibənin məzmununda iradlar və nöqsanlar var.
Mutəxəssislər bilirlər ki xususi və umumi beynalxalq huquq qaiydəlırına əsasan olkənin və vətəndaşin aydın və şəffaf mənasi var. Bu qaydalara əsasən, olkənin ərazisi, əhalisi və hakimiyyəti var. Bu faktorlar olmadan heç bir yerə olkə demək olmaz. Məsəl üçün, Fələstin adlı niyə olkə yoxdu? Baxmayaraq ki, onlar oz ata-baba torpaqlarından sürgün ediliblər və sionistlər onlar torpaqlarin işğal ediblər.
Başqa bir misal, Azərbaycanin 20% torpağının ermənilər tərəfindən işğal olunmasidir. Faktiki olaraq, bu gun Azərbaycan dovləti işğal olunmuş ərazilərdə hakimiyyət edə bilmir. İnşallah ki, tezliklə Azərbaycanın ərazi bütovlüyü təmin olsun, mən də Azərbaycan vətəndaşları ilə bərabər o torpaqların inkişafinda əlimdən gələni edə bilim.
Başqa bir tərəfdən vətəndaşın mənası beynalxalq qaydalar əsasına uyğun olaraq budur ki, insanlar bir olkənin vətəndaşi olmalıdırlar. Əlbəttə, çox az ölkələr ikili vətəndaşılığı qəbul edir, amma əksər ölkələr bunu qəbul etmir. O cumlədən, İran və Azərbaycan o ölkələr cərgəsinə daxildir ki, ikili vətəndaşlığı qəbul etməyib.
Yuxarıdakı qaydalara əsasən, hər zaman hər kəs iddia etsə ki, İranda yaşayan azərbaycanllilar Azərbaycan Respublikasının vətəndaşıdırlar, yaxud onalrı 15 milyon Azərbaycan vətəndaşına əlavə edib və 50 milyon azərbaycanli desələr, deməli, huququ baximdan duz iddia etməyib. (Əlbəttə, mənim şəxsən bu statistikaya şəkkim var, ona gorə ki İran azərbaycanlıları 35 milyon yox, 25 milyon ola bilərlər. Eyni zamanda, Azərbaycan vətəndaşları da 15 milyon yox, nəhayət 12 milyon ola bilərlər. Rəsmi statistikaya əsasən, Azərbaycanın 9 milyon əhalisi var və nəhayət 3 milyon Azərbaycan vətəndaşı da xarici ölkələrdə yaşamış ola bilər).
Siyasi və beynalxalq normaları nəzərə alaraq, İran azərbaycanlıları məsələsinə toxunmaq İranın daxili işinə qarişmaq hesab olunur. Və beynəlxalq qaydalara əsasən, İran azərbaycanllilari İran vətəndaşlarıdırlar və rəmzi konsulluğun açılması da bu qayadalara ziddir. Bu ona bənzəyir ki, Azərbaycanda yaşayan talişlara, ləzgilərə və başqa xalqlara da Azərbaycanda Azərbaycan vətəndaşi olaraq yaşayirlar başqa olkələrdə rəmzi konsulluqlar açilsin! Əlbəttə, bunlar İqbal bəyin və ya kimsələrin arzulari ola bilər, amma heç bir dovlət belə bir konsulluğun açilmasına imkan verməz. Çox təəccüb edicidir ki, Azərbaycan Respublikası Qarabağ və 20% ərazisinin kədərini yaşayan bir dövrdə İqbal bəy və bəziləri belə bir ifadələr edirlər.
İqbal bəy Türkəmənçay muqaviləsinə işarə edərək və onu bir sənəd kimi Azərbaycanın bölünməsinə sübut gətirib. Halbuki, o muqavilədə Azərbaycan sözü yoxdur və o sənəd Rusiya və Persiya dovləti tərəfindən imzalanib. O müqavilənin surəti fars və rus dilində məndədə var. İstəsəniz gostərə bilərəm. Bu müqaviləyə əsasən, İranin bəzi əraziləri İrandan ayrılıb və Rusiya ərazisinə goşulub. Bu da İqbal bəyin tarixi səhvi və noqsanıdır. Duzdur, o ərazilərin əksəriyyətində İran azərbaycanlıları yaşayıblar. Amma bu o demək deyil ki, Azərbaycan iki yerə bölünüb.
İqbal bəy sözlərində ifadə edib ki, İran höküməti İran azərbaycanllilarin hərəkətindən gorxur və Azərbaycan Respublikasında İran azərbaycanlılarına gələn dəstək bu gorxunun səbəblərindəndir və məhz bunun üçün də İran hakimiyyətində olan bəzi şəxslər və dini alimlər Azərbaycan prezidentini və xalqını təhdid edirlər. Mən bu sözlə razı ola bilmirəm. Əlbəttə, mən İran dovlətinin sözçüsü deyiləm, eyni zamanda da İranın indiki dovlətinin xarici və daxili siyasətinin və əməllərinin tənqidçisiyəm. Amma bu o demək deyil ki, mən məsələləri elmi və huqugu cəhətdən təhil edməyim. İran dövləti Azərbaycan dovlətini və xalqını heç zaman təhdid etməz. Ola bilsin ki, bəzi dövlət məmurları bəzi sözlər desinlər, amma bu, İran dövlətinin möqeyi ola bilməz. Təhid termini də ağir termindir. Təhdid sozu ortaya çixanda insanin beynində bu təsəvvür yaranir ki, bir dovlət başqa bir dovlətə açiq şəkildə deyir ki, mənim səndən filan məsələni həll etmək tələbim var və əgər filan vaxta qədər tələbimi yerinə yetirmsən sənin ölkənə hücum edəcəm. Necə ki beynalxalq koalisiya Əfqanıstanın, İraqın və Liviyanın əleyhinə hücum etdi (Əlbəttə, mən şəxsən bu hücumlarla razı deyildim səbəblərim və təkliflərim də vardı).
İranin bir yuksək səviyyəli hərbçisi və bəzi alimləri öz fikirlərini söyləyib və bəzi narahatlıqların din məsələsilə bağli bildiriblər. Deməyiblər ki, əgər Azərbaycan hakimiyyəti bizim təkliflərimizi icra etməzsə, Azərbaycana hücum edəcəyik! Onlar xatırlayıblar ki, Azərbaycan dövləti Azərbaycan xalqının tələblərini yerinə yetirməzsə, Azərbaycan xalqı özü buna etiraz edərək istəklərini davam edəcəklər. Bütün dunyada belədir ki, hər ölkənin xalqı öz tələblərin öz hakimiyyətlərindən istəməlidir. Təbii ki, İran və Azərbaycan xalqı da istisna deyil.
Necə ki, bir neçə ay öncə yazılarımda və müsahibələrimdə demişdim, mən şəxsən İranın dövlət məmurlarının və alimlərinin Azərbaycanın daxili işlərinə qarişmasının tərəfdarı deyləm və bunu da Azərbaycanin daxili işinə qarişmaq kimi qiymətləndirirəm. Həmişə təklif etmişəm ki, İran və Azərbaycan bir-birinin daxili işlərinə qarışmasın, çünki bu, iki tərəfin də xeyrinə deyil və başqa dovlətlər iki olkənin əlaqələrinin soyuqluğundan öz mənafeləri ugrunda istifadə edirlər.
Mən bilmirəm, doğurdan da İqbal bəyin fikri budur ki, İran azərbaycandan gorxur? Bəlkə də zarafat edib! Kim bu fikri qəbul edər ki, İran 75 milyon əhalisilə ,1 648 195 kvadrat kilometr sahəsilə və 300 milyard illik budcəsilə Azərbaycandan gorxur?
İqbal bəyin sözləri və bu kimi sözlər sadəcə, Azərbaycanın mövqeyinə ziyan gətirə bilər. O mənada yox ki, İqbal Ağazadə düşünür ki, İran Azərbaycanı hədələyir, bu mənada ki, bu kimi sözlər səbəb olar ki, İranın Ermənistanla əlaqələri daha artıq güclənər və hər bir ölkəylə ki, Azərbaycanın problemi olsa, İran həmən ölkələrlə daha çox yaxinlaşar. Təbii ki, indiki durumda nə Minsk qrupu, nə də başqa ölkələr Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasında heç bir addim atmır. Bu, məsələnin daha uzun çəkməsinə səbəb olar.
Bir sualım da İqbal bəyə olacaq. O da budur ki, İqbal bəy, sən ki bu qədər İran azərbaycanlıların mudafiəçisi kimi çixiş edirsən və sizin deməklə 35 milyon azərbaycanlını öz vətəndaşlarınızın yanınıda olmaqlarının tərəfdarısan, Milli Məclisdə bir qanun qəbul etdirə bilərsən ki, İran azərbaycanlilari vizasız Azərbaycana gəlib- getsinlər? Yaxud Azərbaycan vətədaşlari kimi bütün mülki avantajlardan bəhrələnsilər?

Bunu da əlavə etməlyəm ki, bütün yuxarıdakı yazdıqlarım bu mənada deyil ki, İranda yaşayan azərbaycanlıların və İranda yaşayan butun xalqlarin (azərbaycanlı, kürd, bəluç, ərəb, lor, türkəmən, gilək və sair) İran vətəndaşı olaraq, tam huququ bərpa olunub və olunur. Əlbəttə ki, İranda yaşayan bütün xalqlarında tələbatları var və o tələbatın bəziləri təmin olunur, bəziləri isə hələ təmin olunmayıb və İran kontitusiyası əsasında təmin olunmalidir. Amma bunu onlar tələb etməlidilər.”