“Bu, tarixi ədalətsizliyin bir formasıdır”- Mövqe

bu-tarixi-edaletsizliyin-bir-formasidir-movqe-
Oxunma sayı: 664

Bunu Trend-ə YAP-ın sədr müavini, icraçı katibi Əli Əhmədov bildirib.

“Azərbaycan və Türkiyə arasında münasibətlərin xarakterini nəzərə alaraq, ədalətsizliyə öz etirazımızı bildirməklə yanaşı, Türkiyəyə qarşı olan haqsızlığa qarşı qəti etirazımızı ifadə edirik”, - o deyib.

Əli Əhmədov qeyd edib ki, tarixi saxtalaşdırmaq cəhdi haqsızlıqdır. “Bu, tarixi ədalətsizliyin bir formasıdır və Azərbaycan buna öz kəskin münasibətini hər zaman bildirib. Bu, demokratiya anlayışı ilə bir araya sığmayan məsələdir. Tarixin saxtalaşdırılması əsasında siyasi qərarlar verilməsi həm ədalət baxımından, həm də demokratik dəyərlər nöqteyi-nəzərindən düzgün olmazdı”, - YAP funksioneri vurğulayıb.

Əli Əhmədov ümidvar olduğunu bildirib ki, Fransa Senatında belə qərarın qəbul edilməsinə gətirib çıxaracaq hərəkətlərə yol verilməyəcək.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.