“Bu, təxribatdır” – Bəyanat

bu-texribatdir-beyanat
Oxunma sayı: 662

Onları İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasına köçürməyiblər. Məlumatı “Media forum” saytına vəkil Anar Qasımlı verib. Mitinqdə “Bulustan” rep qrupunun ifa etdiyi musiqinin sözlərinə etiraz qarşıdurma yaradıb, polislər repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NİDA” Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlını tutub. Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı 5 sutka həbs cəzası alıb. Gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunublar. Vəkil Anar Qasımlı bildirib ki, apellyasiya şikayəti hazırlayır. Vəkil onu da əlavə edib ki, Camal Əli və Natiq Kamilov Səbail Polis İdarəsində xəsarətlər alıb: “Hətta Camal Əlinin üstünə təcili tibbi yardım çağırıblar”.

Təşkilatçılar mitinqlə bağlı bəyanat yaydı

17 mart mitinqinin təşkilatçıları bəyanat yayıb. Bəyanatda deyilir: “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) nəzərinizə çatdırmaq istəyir ki, gənclərin “17 mart – Gələcək naminə” mitinqindən sonra konsert zamanı baş verən kiçik insidentdə GHMK – ya daxil olan heç bir təşkilatın rolu yoxdur və baş verənlər “mülki geyimli” şəxslər tərəfindən həyata keçirilən təxribatdır.

GHMK hər kəsə çağırış edərək mitinqdəki hadisəyə görə komitəyə daxil olan ayrı-ayrı təşkilatların günahkar çıxarılmasına son qoymağa və mitinqin müsbət təbliğatı ilə məşğul olmağa səsləyir”.

musavat.com