“Bu vəziyyət müharibədən yaxşıdır”

bu-veziyyet-muharibeden-yaxsidir
Oxunma sayı: 647

Aprelin 2-də “Avronest” Parlament Assambleyasının sessiyasına qatılan Ermənistan nümayəndə heyətinin rəhbəri, Daşnaksütun Partiyası parlament fraksiyasının lideri Vaan Ovannisyan Bakıda belə deyib.

“Turan”ın məlumatına görə, Vaan Ovannisyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində “nə sülh, nə müharibə” əbədi davam edə bilməz, lakin bu vəziyyət müharibədən yaxşıdır.

Vaan Ovannisyan deyib ki, Azərbaycan hakimiyyəti ölkənin artan gəlirlərini nəzərə alaraq məsələnin müharibə ilə həllinin daha asan olduğu qənaətinə gəlir: “Lakin hücum silahlarının müdafiə sistemlərindən dəfələrlə baha olduğunu nəzərə alsaq, Ermənistan həmişə müdafiə oluna bilər. Ermənistan heç vaxt özünü müdafiə sistemləri ilə təmin etməyəcək qədər yoxsul olmayacaq”.

Daşnaksütun təmsilçisi qarşılıqlı güzəştlərə ehtiyac olduğunu vurğulayaraq Azərbaycanın Dağlıq Qarabağın muxtariyyətinə zəmanət verilməsini qəbul etmədiyini bildirib: “Əvvəllər də müəyyən səviyyədə muxtariyyət vardı. Deməli, problemin həlli bunda deyil. Ermənistan heç olmasa bir dəfə Azərbaycanın güzəştlərə hazır olduğunu eşitməlidir. Hər iki tərəfdən güzəştlər vahid formaya salındıqda isə məsələnin həlli cəmi bir neçə həftə çəkəcək”.