“Bu xətalı ola bilər”

bu-xetali-ola-biler
Oxunma sayı: 688

“Biz, Fövqalada Hallar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrilə burada hər gün görüşürük. Konkret kimin nə işlə məşğul olmalı olduğu müəyyən olunur. Görülən işlər haqqında bir-birimizə məlumatlar veririk. Aidiyyati qurumlar problemin aradan qaldırılması istiqamətində işlər görür”, deyə A. Şərifov qeyd edib.

Baş nazirin müavininin sözlərinə görə, torpaq sürüşməsinə görə ağacların suvarılmasını dayandırmaq olmaz. Sadəcə torpaq sürüşməsinin qarşısını almaq üçün suyun boş-boşuna torpağa axıdılmasına yol vermək olmaz.

“Biz demirik ki, ağaclar suvarılmasın. Suyu açıb boşuna buraxmaq olmaz. Bu, xətalı ola bilər. Lakin ağacların suvarılmasında heç bir problem yoxdur”.

Qeyd edək ki, hazırda Bayıl yamacındakı sürüşmə zonasında təmir-bərpa işləri aparılır. Torpaqdakı boşluqlar gil, asfaltdakı çatlar isə qırla doldurulur. İş icraçısı Vaqif Seyidovun ANS PRESS-ə verdiyi məlumata görə, çatlar doldurulduqdan sonra asfaltlanacaq. Əraziyə isə avtomobillər buraxılmır.

Xatırladaq ki, avqustun 17-də Bayıl qəsəbəsində Gülüstan sarayının yaxınlığında torpaq sürüşməsi qeydə alınıb. Ərazidə torpaq və asfaltda çatlar əmələ gəlib.