Bulvarda nəhəng Yeni il yolkası quraşdırılacaq

bulvarda-neheng-yeni-il-yolkasi-qurasdirilacaq
Oxunma sayı: 694

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, bir neçə gündən sonra bulvarın müxtəlif yerlərində Yeni il şənliyi keçirmək üçün şam ağacları quraşdırılacaq.

Rəis müavininin sözlərinə görə, ən hündür şam ağacı bulvar ərazisində salınmış monitorlu meydançada nəzərdə tutulub. Təxminən, 10 gündən sonra şaxta baba və qar qız həmin yolkaların yanında paytaxt sakinlərinə xidmət göstərəcəklər.

N.Məcidov, şam ağaclarının hündürlüyünün nə qədər olacağı barədə indi danışmağın tez olduğunu vurğuladı.