Bulvardakı ağaclar “paltar” geyindi - Foto

bulvardaki-agaclar-paltar-geyindi-foto
Oxunma sayı: 665

“Qafqazinfo”nun xəbərinə görə, bulvar ərazisində yerləşən irigövdəli ağacların bir neçəsi ağ örtüyə bürünüb. Ağ örtükdən ancaq ağacın xırda budaqları görünür.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov “Qafqazinfo”ya bildirdi ki, həmin ağaclar xarici ölkələrdən bu il gətirilmiş palıdlardır. Ağacların bürünməsində səbəb isə onları günəş şüalarında və istidən qorumaqdır. Xüsusi örtüklər vasitəsilə ağaclar günəş şüasını əks etdirir, eyni zamanda ağacın kökündən qidalı maddələri və suyu çəkərək gövdəni qidalandırır.

Rəis müavini örtüyün istilərdən sonra çıxarılacağını dedi.