“Bunlar ənənəvi yalanlardır”

bunlar-enenevi-yalanlardir
Oxunma sayı: 655

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər Ziyalılar Forumuna qarşı tənqidlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ziyalılar Forumu əleyhinə yazılarda ənənəvi yalanlar təkrar olunur: “Mən “Azərbaycan” qəzetindəki yazını nəzərdə keçirdim, burada maraqlı bir məqam var ki, hakimiyyət görkəmli alim Rafiq Əliyevin işdən çıxarılmasını hansısa üsullarla pərdələməyə çalışır”.

Partiya başqanı onu da vurğulayıb ki, Müsavat Partiyası həm Rafiq Əliyevə, həm də Ziyalılar Forumuna qarşı təzyiqləri qətiyyətlə pisləyir: “Biz bəyanatla da buna münasibət bildirmişik. Belə bir addım bu rejimin mahiyyətini ortaya qoyur”.

İsa Qəmbər “İctimai Palatanın Ziyalılar Forumu ilə birgə tədbirinin keçirilməsi gözlənilirmi?” sualına belə cavab verib: “Hazırda konkret birgə tədbirlər bağlı müzakirələr aparılmır. Amma məqsədəuyğun hesab etdiyimiz halda bu baş verə bilər”.

Fatimə Kərimli