“Bunu ancaq yuxuda görə bilərlər” - Eksklüziv

bunu-ancaq-yuxuda-gore-bilerler-ekskluziv-
Oxunma sayı: 684





“Mən niyə ölkədən getməliyəm? Bunu arzulayanlar ancaq yuxuda görə bilərlər. Hamı bilir ki, mən son illər tez-tez xaricə müalicə və iş dalınca gedirəm. İndi hər dəfə ölkədən bir yerə gedəndə elan verməliyəm ki, ay camaat, xaricə gedirəm, amma bu ölkəni tərk etmək deyil?” Bu sözləri “Qafqazinfo”ya eksklüziv açıqlamasında hazırda Almaniyada istirahətdə olan Hüseyn Abdullayev bildirib.

O, haqqında son günlər mətbuatda yayılan xəbərlərin məqsədli xarakter daşıdığını və bunun haradan qaynaqlandığını hiss etdiyini deyib: “Yazırlar ki, mənim hansısa sosial şəbəkədə səhifəm olub və mən onu sonradan qapatmışam. Məni az da olsa tanıyanlar bilir ki, heç bir sosial şəbəkədə olmamışam” .

H. Abdullayev guya ona yaxın olan qoçu dəstələrinin də Qaradağda qanunsuz əməllər törətməsi haqqında yayılan məlumatlara münasibət açıqlayıb: “Bu nə mənasız söhbətlərdir? Nə qoçu dəstəsidir bu? Əgər belə bir dəstə varsa, qoy həbs etsinlər. Mənim adımdan istifadə edənlərə, adımı çəkənlərə tövsiyə edərdim ki, bir az diqqətli olsunlar... Onlar azca diqqətli olsalar yetər. ”

Fatimə