“Bunu Bakıda prezident Əliyevə çatdıracam”

bunu-bakida-prezident-eliyeve-catdiracam
Oxunma sayı: 672

Qafqazinfo”nun məlumatına görə, bu barədə Fransa prezidenti Nikolya Sarkozi “Mediamaks” agentliyinə müsahibəsində deyib. O, dünyada sülhün bərqərar olunmasına müharibəni davam etdirməkdən daha çox cəsarət tələb olunduğunu əlavə edib. Sarkozi Almaniya və Fransanın tarixi keçmişinə toxunaraq iki ölkənin barışıq prosesi ilə bağlı paralellər aparıb: “Fransanın və Almaniyanın tarixi göstərir ki, ən güclü ağrını yumşaltmaq və dərin nifrətin öhdəsindən gəlmək olar, hətta öz tarixinin ən ağır anlarında belə xalqlar özündə barışıq üçün güc tapa bilərlər”. İki ölkə arasındakı tarixə nəzər salan Sarkozi erməni və azərbaycanlıların da məhz bu yolu seçməli olduqlarını qeyd edib: “Sizin üçün də o an gəldi, sülh yolunu seçmək riski ilə qarşı-qarşıyasınız. Belə ki, status-kvonun qorunmasından daha təhlükəli heç nə ola bilməz. O, illüziyalar yaradır, qisasçılıq hissini qızışdırır və sülhə nail olmaq perspektivlərini hər gün daha da çətinləşdirir. Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu Fransadan yaxşı heç bir dövlət təsəvvür edə bilməz”.

“Bu qədər ölümlər və əzablar gətirən müharibədən 17 il sonra münaqişəni həll etmək və barışığa gəlməyin yollarını tapmağın vaxtı çatıb. Bu çağırışı Bakıda prezident Əliyevə də çatdıracam”.

Səidə