“Bunu özləri bilər”

bunu-ozleri-biler
Oxunma sayı: 650

Bunu “Qafqazinfo”ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, ötən toplantıya qatılmayan Əli Kərimli və İsa Qəmbərlə görüşlər olub və müzakirələr aparılıb: “Bu məsələni həm də digər partiyalarla müzakirə edəcəyik ki, bundan başqa məlumat verməyi doğru saymıram”.

Əli Kərimli 8 partiyanın münasibətlərində bəzi ziddiyyətlərin olması ilə bağlı dediklərinə gəldikdə, M. Mirəlioğlu bildirib ki, bu da müzakirə olunacaq: “Biz 6 partiya ilə bunları müzakirə edəcəyik, bundan sonra onların da, bizim də açıqlamamız olacaq. Qənaətlərimizi, görüşün təəssüratlarını bölüşəcəyik. Daha sonra bütün məsələlər qiymətləndiriləcək”.

Partiya sədri İctimai Palatanın “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” barədə fikir bildirmək istəməyib: “Layihə ilə tanış deyiləm. Mən hesab edirəm ki, öz işləridir. Özləri bilərlər. Hər hansısa bir açıqlama, bəyanat hər bir qurumun öz işidir”.

Fatimə