“Bunu Səfər Əbiyevdən soruşun”

bunu-sefer-ebiyevden-sorusun-
Oxunma sayı: 722

Qeyd edək ki, son dövrlər Azərbaycanda bir neçə rayonun hərbi komissarı həbs edilib. Ümumilikdə isə Hərbi Prokurorluq orqanlarının korrupsiya və rüşvətxorluq halları ilə bağlı 58 fakt qeydə alınıb. Bakı şəhərinin Binəqədi, Suraxanı, Sumqayit şəhər və respublikanın digər rayon hərbi komissarları həbs edilib, barələrində cinayət işləri başlanılıb.


“Azadlıq” qəzetinin yazdığına görə isə E.Nuriyev əslən Salyanlıdır, hərbi komissarlıq sistemində sabiq hərbi komissar, general, hazırda deputat olan Əliağa Hüseynova yaxın şəxs kimi tanınır.

Əldə etdiyimiz məlumata görə, növbəti həbs qərarı Ağdam rayonunun hərbi komissarı Namiq Osmanov barəsində ola bilər. Xəbəri bizə verən mənbə deyib ki, analoji yoxlamalar Ağdam Hərbi Komissarlığında da aparılıb və xeyli pozuntular aşkarlanıb. N.Osmanovün müdafiə naziri Səfər Əbiyevin həmyerlisi olduğu bildirilir.