“Burada korrupsiya elementləri mövcuddur”

burada-korrupsiya-elementleri-movcuddur-
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, hüquq müdafiəçisi bildirib ki, Almaniya xarici işlər naziri Qido Vestervellenin dəstəyi ilə alternativ-preventiv mexanizmin tətbiqi həyata keçiriləcək. E.Fətullayev artıq bir sıra ölkələrin milli preventivlərə keçdiyini, Azərbaycanda bu funksiyanın ancaq ombudsmanın yerinə yetirdiyini qeyd edib.

Hüquq müdafiəçisi “İnsan haqları uğrunda” İctimai Birlik və “İnsan haqları” klubunun bununla bağlı Almaniya Xarici İşlər Nazirliyinə müraciət etdiyini və müraciətin müsbət qarşılandığını deyib. Onun sözlərinə görə, bununla da, alternativ-preventiv mexanizmin həyata keçirilməsinə başlanılacaq. E. Fətullayev bu mexanizmin tətbiqinin ancaq cəzaçəkmə müəssisələri ilə məhdudlaşmayacağını və əsas məqsədin şəffaflığın artırılması olduğunu bildirib. O, mexanizmin tətbiqinin Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin razılığı ilə baş tutduğunu qeyd edib. E. Fətullayev bunu Penitensiar xidmətin rəisi Mədət Quliyevin konstruktivliyi, işgüzarlığı və yeniliyə açıqlığı ilə əlaqələndirib.

Layihənin ilk mərhələsinə Qobustan qapalı təcridxanasında başlanılıb. Hüquq müdafiəçisi əsas prioritetlərinin beynəlxalq təşkilatlar tərəfindən həbslərində siyasi motiv olan şəxslər olduğunu qeyd edib.

E.Fətullayev eyni zamanda ölkədə məhkumların cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi məsələlərində ciddi problemlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, indi məhkəmə rəisi məhkumun sənədini birbaşa, yəni prokurorluğa təhvil vermədən məhkəməнэ təqdim etmək səlahiyyətinə sahib olsa da prokurorlar qərara etiraz edərək məhkumların yenidən həbsinə səbəb olurlar. Hüquq müdafiəçisi hesab edir ki, burada korrupsiya elementləri mövcuddur.

Bundan başqa, vicdan məhbuslarının azad olunması məsələsini cavablandıran E. Fətullayev bildirib ki, əfv fərmanı ancaq prezidentə bununla bağlı müraciət edən şəxslərə şamil olunur.

Səidə