Burcanadze Azadlıq meydanını işarə verdi

<b>Burcanadze Azadlıq meydanını işarə verdi</b>
Oxunma sayı: 221

Gürcüstan müxalifəti bir saatdan sonra Azadlıq meydanında mitinqə başlayacaq. Həmin meydanda isə Gürcüstan höküməti sabahkı paradın məşqini keçirir. Meydanda tək qalan Gürcüstan müxalifət hərəkatının liderlərindən biri, keçmiş parlament sədri Nino Burdcanadze hər şeyin sabah yığılacaq əhalinin sayından asılı olacağını deyib.

Ölkənin eleviziya kanallarında, informasiya agentliklərində isə mitinqin təxirə salınması haqqında məlumatlar yayılıb. Buna səbəb kimi Fransada mühacirətdə olan keçmiş müdafiə naziri İrakli Okruaşvilinin Gürcüstana qayıtmaması göstərilib. Çünki onun bu gün Tiflisə qayıdacağı və ölkədə “qəzəb günü” olacağı planlaşdırılmışdı. Lakin İctimai televiziyanın qarşısında çıxış edən Nino Burcanadze mitinqin təxirə salınmadığını, Okruaşvilinin gəlməməsinə baxmayaraq, etirazların davam edəcəyini bildirib.

N.Burcanadze ANS-ə açıqlamasında mitinq iştirakçılarının Azadlıq meydanına yürüş edəcəklərini və meydanı tutmağı planalaşdırdıqlarını deyib. Amma Gürcüstan hakimiyyəti mitinqin keçirilməsinə icazə verməyib. Belə ki, sabah Gürcüstanın müstəqilik günüdür və adıçəkilən meydanda parad keçiriləcək. Paradı prezident Mixail Saakaşvilinin özü qəbul edəcək.

Gürcü müxalifəti isə bildirib ki, məhz bu gündə Azadlıq meydanında keçiriləcək parada hər vəchlə mane olacaqlar. Burcanadze nəyin bahasına olursa olsun, Saakaşvilinin istefasına nail olacaqlarını vurğulayıb.

Qeyd edək ki, Gürcüstan televiziya kanallarından birinin aparıcısı efirdə zarafatla “Çao Burcanadze” (Əlvida burcanadze) ifadəsini işlədib. Keçmiş parlament sədri çıxışında bu ifadəyə də münasibət bildirib. O qeyd edib ki, “Çao Burcanadze” yox “Əlvida Saakaşvili” olacaq və bundan sonra Gürcüstan müxalifəti öz himni kimi İtalyan mahnısı olan “Çao Bella”nı seçib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi