Burda şəkil çəkdirmək cəsarət tələb edir

burda-sekil-cekdirmek-cesaret-teleb-edir
Oxunma sayı: 662

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, alpinistlər min metr yüksəklikdə iki uçurum arasına pərçim olunmuş qaya parçası üzərində şəkil çəkdiriblər.

Şəkillərin çəkildiyi bu yer Lysefjorden bölgəsində Kiragg dağındadır. Alpinistlər min metr dağa dırmaşdıqdan sonra heç bir yardımçı vasitədən istifadə etmədən qaya parçasının üzərinə enirlər.

Həmin yer paraşütlə tullanmaq isəyənlər üçün də elverşli məkandır. İndiyə qədər təxinən 30 min insan uçurumdan paraşütlə atılaraq həyəcan yaşayıb.