Burnunu qırdığı nazirdən iş istədi

burnunu-qirdigi-nazirden-is-istedi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, 2010-cu ildə Türkiyədə şəhid cənazəsində Təbii Resurslar və Enerji naziri Tanər Yıldıza yumruq vuran Şahin Şimşək adlı müəllim dünən cümə namazında səhvini anlayaraq nazirin yanına gedərək üzr istəyib. O, nazirə iki il əvvək şəhid cənazəsində çox emosional olduğunu və hislərinə məğlub olduğunu bildirib. Nazir isə onu yumruqlayan müəllimə belə cavab verib: “Şəhid cənazəsində mən də çox emosional idim, amma biz bir-birimizi şəhid cənazəsində daha doğru anlamalıyıq. Birlik içində olmalıyıq”.

Vəzifəsindən qovulan Şimşəkin nazirdən yenidən işə qaytarılmasını xahiş etdiyini, nazirin isə ona heç bir kömək edə bilməyəcəyi cavabını verdiyi barədə məlumatlar var.

Qeyd edək ki, Türkiyənin Təbii Resurslar və Enerji naziri Tanər Yıldızı yumruqladığı üçün o, işindən qovularaq 3 ay həbsxanada yatıb. Daha sonra 1 il 15 ay şərti cəza alıb.