Buşu harda görsəniz…

busu-harda-gorseniz
Oxunma sayı: 646

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, təşkilat Corc Buşun bu ay həyata keçirəcəyi Efiopiya, Tanzaniya və Zambiyaya səfəri zamanı həbsini istəyib.

Yüksək səviyyəli hüquq müşaviri Matt Pollard verdiyi yazılı açıqlamada beynəlxalq normaların işgəncə faktına görə məsuliyyət daşıyanların sərbəst gəzə bildikləri üçün rahat yer olmayacağını, Efiopiya, Tanzaniya və Zambiyanın məsuliyyəti yerinə yetirmək üçün əllərində olan bu füsəti qymətləndirmələrinin vacibliyini deyib.

İnsan haqları təşkilaları fevral ayında Buşun işgəncə iddialarıyla bağlı məhkəmə işi başlamasının təhdidinə görə İsveçrəyə səfərini təxirə saldığını bildirmişdi.

Corc Buş 2001-2009-cu illərdəki prezidentliyi dönəmində insan haqqları təşkilatlarının işgəncə faktı kimi qəbul etdiyi dindirilmə üsullarının istifadə edilməsinə icazə vermişdi.