Cabbar Savalanlı əfv üçün müraciət edib?

cabbar-savalanli-efv-ucun-muraciet-edib
Oxunma sayı: 666

Cabbar Savalanlının vəkili Əsabəli Mustafayev “Media forum” saytına açıqlamasında bu iddianın tam yanlış olduğunu deyib. O qeyd edib ki, Cabbar Savalanlı özünü günahlı saymır və heç zaman əfv üçün müraciət etmək fikrində olmayıb: “Ailəsinin də belə fikri yoxdur. Amma Cabbarın əfvi üçün hüquq müdafiəçilərinin, ictimaiyyət təmsilçilərinin müraciət etməsi mümkündür. Biz bunu istisna etmirik”.

Fevralın 5-dən həbsdə olan Cabbar Savalanlı narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinib. Sumqayıt Şəhər Məhkəməsi mayın 4-də onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. İyulun 26-sı Sumqayıt Apellyasiya Məhkəməsi, noyabrın 29-da isə Ali Məhkəmədə bu qərarı qüvvədə saxlayıb.

Cabbar Savalanlı cəzasını Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. “Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onu vicdan məhbusu sayır və azadlığa buraxılmasını tələb edir.