Cabbar Savalanlı universitetə bərpa olundu

cabbar-savalanli-universitete-berpa-olundu
Oxunma sayı: 667

Cabbar Savalanlı bildirib ki, təhsilini ikinci kursun ikinci semestrindən davam etdirəcək. O, fevralın 17-dən dərslərdə iştirak edəcəyini söyləyib.

Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi olan Cabbar Savalanlı 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilmişdi.

azadliq.info