“Cahangir Hacıyevə milyonluq ittiham” - Reytinq

cahangir-haciyeve-milyonluq-ittiham-reytinq
Oxunma sayı: 631

“Reytinq” qəzetinin manşetində “Cahangir Hacıyevə milyonluq ittiham” başlıqlı xəbər yer alıb. Xəbərdə iddia edilir ki, Azərbaycan Beynəlxalq Bankında son zamanlar baş verən proseslər bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevlə bağlıdır. “Sözügedən bankda məsul vəzifə tutan şəxslərdən biri “Reytinq”ə deyib ki, bankın ödənilməsi mümkünsüzləşən kredit borcları ilə bağlı araşdırmalar bütün təqsiri idarə heyətinin sədri Cahangir Hacıyevin üzrəinə yönəldib”-deyə yazıda qeyd olunur.

“Bakı Xəbər”in manşet xəbəri isə Qarabağ münaqişəsi ilə bağlıdır. “Bakı Qarabağ uğrunda hərbi əməliyyatlara gözlənildiyindən tez başlaya bilər” başlıqlı xəbərdə məsələ ilə bağlı rusiyalı analitiklərin fikirləri yer alıb. “Anatoli Tsıqanyuk: “Rus generaliteti son 3 ildə hərbi büdcəsini 2 dəfə artıran və İsraildən pilotsuz təyyarələr də daxil olmaqla çox sayda hərbi texnika alan bakının addımlarından narahatdır””- deyə xəbərdə bildirilir.

“Yeni Müsavat”ın manşetində “Xəzərin o üzündən gələn aclıq təhlükəsi” başlıqlı xəbər yer alıb. Xəbərdə bildirilir ki, Qazaxıstandakı proseslər Azərbaycana taxıl gətirilməsinə mane ola bilər. “Qazaxıstandan alınan taxılın böyük bir faizi isə Azərbaycana indi qaynar qazana çevrilən Aktau limanı vasitəsilə daşınır”-deyə xəbərdə məlumat verilir.

Fatimə Kərimli