Sumqayit şəhər sakini Rauf Əliyevin ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlı “Qafqazinfo”ya şikayət məktubu daxil olub. Məktubda qeyd olunub ki, Sumqayıt şəhərinin 34-cü məhəlləsində ticarət mərkəzlərinin fəaliyyətinə görə, nə piyada nə də avtomobillə hərəkət etmək mümkün deyil: “Hörmətli redaksiya yazib sizə bildiririk ki, Kolxoz bazarının və Karvan Ticarət Məkəzinin sahibi Ağmirzə Əhədov və Cavid Ticarət Mərkəzinin sahibi Zaman İsgəndərov bu ərazini cəhənnəmə döndərib. Bazarın dörd tərəfi antisanitariya vəziyyətindədir, üfunət qoxusundan evdən çölə çıxa bilmirik. Bazarın arxa hissəsində bu yayın istisində vedrədə pendir, balıq satırlar ki, bu da şəhərdə xəstəliklərin, zəhərlənmə hallarının artmasına səbəb olur. Amma Sanitar Epidemiologiya Stansiyasi rüşhvət aldığı üçün yol kənarında küçənin ortasında balıq və pendir satışına göz yumur. İcra hakiminin isə başı bardurları dəyişməyə qarışdığından bizi dinləməyə, dərdimizlə maraqlanmağa vaxtı yoxdur. Xahiş edirik Sumqayıt sakinlərinin dərdinə bir əlac edin”.