Can Bonomo haqda maraqlı faktlar - Fotosessiya

can-bonomo-haqda-maraqli-faktlar-fotosessiya
Oxunma sayı: 658

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, ilk xəbər təmsilçinin ötən ilin may ayında başına gələn üzücü hadisə olub. O anası Güneş Bonomonu döş vəzisi xərçəngindən itirib. Musiqiçiyə ən böyük dəstəyi atası Yaşar Bonomo verir. C. Bonomonun atasına “Al pacino” deyə müraciət etdiyi də ortaya çıxıb.

Cırıq mayka və döymə həvəskarı olan Bonomonun bədənində 17 döyməsi var. Sinəsindəki günəş döyməsinin onun üçün əziz olduğunu deyən Can bu döyməsini həm də anasının adı ilə bağlı olduğu üçün çox sevdiyini bildirib.

Soyadının “yaxşı insan” mənası daşıdığını bildirən C. Bonomonun ailəsinin bir qismi İtaliyada yaşayır. Təmsilçi kimi seçildikdən sonra internetdə yayılan “yəhudidir, İsrail ilə ara düzəlsin deyə seçildi” kimi ifadələrə üzülən Can “mən Türkəm və Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq Türkiyəni təmsil edəcəyəm” deyib.

Nigar Məmmədli