Cavab yerinə mahnı oxuyan nazir - Video

cavab-yerine-mahni-oxuyan-nazir-video
Oxunma sayı: 663

Jurnalistin karbon qazına qoyulan vergi ilə bağlı sualına emosial şəkildə cavab vermək istəyən Emerson elə buna görə də oxumağa üstünlük verib. Nazirin seçdiyi mahnı isə 1970-ci illərdə Avstraliyada məşhur olan Skayhuks rok qrupunun repertuarından olub. Emerson Avstraliyanın müxalifət lideri Toni Abotun karbon qazına qoyulan vergilərlə bağlı etirazına cavab olaraq bu cür emosionallıq edib. Onu da qeyd edək ki, ötən gün Avstraliya qanunvericiləri karbon qazının atmosferə buraxılması ilə bağlı, hər bir ton kub qaza görə 24 dollar verginin tutulmasını nəzərdə tutan qanun qəbul edib. Bu isə müxalifətin etirazına səbəb olub./anspress/