Cavid Qurbanovun 2 ay əvvəl çəkdiyi yola baxın! - Fotolar

cavid-qurbanovun-2-ay-evvel-cekdiyi-yola-baxin-fotolar
Oxunma sayı: 654


Təhsil Nazirliyinin qarşısındakı küçədə bir neçə ay əvvəl çəkilən yolda çökmə baş verib. “Qafqazinfo”nun əməkdaşı hadisə baş verən ərazidə olub və çöküntünün fotolarını çəkib. Şəkillərdən də göründüyü kimi çöküntü olduqca təhlükəlidir və hər an miqyası böyüyə bilər. Maraqlıdır ki, bu ərazidə yolun çəkilməsindən heç 2 ay belə keçməyib. Bəs necə olub ki, 2 ay bundan əvvəl açılışı olan yol indi belə aqibətlə üzləşib?

Bəs görəsən “Azəryolservis”ASC-nin sədri Cavid Qurbanov bu çöküntünü necə izah edə bilər?

Bu adamlar nə vaxta kimi bu gün yol çəkib sabah qazacaqlar və yaxud həmin yolu başa çatdırmamış çökməyə başlayacaq?

Bu arada maraqlı bir faktı da qeyd etməyi lazım bildik. Belə ki, yeni çəkilən və hələ başa çatdırılmayan Zabrat yolunda artıq təmir işlərinə başlanılıb. Dünəndən başlayaraq Zabratdan yolunda Balaxanıya dönən işıqforun yaxınlığında bir ay bundan əvvəl çəkilən asfaltın üz qabığını qaşımağa başlayıblar. Buna səbəb açılışı belə baş tutmayan yolda artıq çökəkliklərin əmələ gəlməsidir.