Çavuşoğlu: “Heç kim sevinə bilməz”

cavusoglu-hec-kim-sevine-bilmez
Oxunma sayı: 696

Trend-in məlumatına görə, bunu AŞPA sədri Mövlud Çavuşoğlu qurumun yay plenar sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü, Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə dair verilən suala cavabında deyib. "Rusiya prezidenti Dmitri Medvedev bu görüşə sədrlik edəcək. Heç kim prezidentlərin bu görüşündə münaqişənin həllinə dair müqavilənin imzalanmamasına sevinə bilməz. Biz bu kontekstdəki irəliləyişlərdən məmnunluq hissi keçiririk", - Çavuşoğlu deyib.

AŞPA sədri Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə münasibət bildirərkən qeyd edib ki, qurumun qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir. "Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə gəldikdə, onu deyə bilərəm ki, Assambleya məsələ ilə bağlı çoxlu tövsiyə, qətnamələr və hesabatlar qəbul edib. Assambleya hamını - nümayəndə heyətlərinin üzvlərini və üzv ölkələri razı sala bilməz. Bir şeyi bilmək lazımdır ki, biz Assambleyanın qəbul etdiyi tövsiyə və qətnamələrin tətbiq olunmasında qətiyyətliyik", - Çavuşoğlu qeyd edib.