Cəlilabadda qan su yerinə axdı

celilabadda-qan-su-yerine-axdi
Oxunma sayı: 664

Qanlı hadisə bu gün Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. Həmin kənddə yaşayan Qabil Nəsirov həmin kənddə yaşayan, qızı Əfsanənin evində olarkən onu qətlə yetirib, kürəkəni Rəhim Nağıyevə, qohumları Qəribəli Əzimovu, Gülnar Əzimovanı, Elmira Süleymanovanı, Mahir Nağıyevi və onun oğlu Kənanı bıçaqlayıb. Əfsanə aldığı xəsarətdən hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib.
Qanlı hadisə ailə-məişət münaqişəsi zəminində törədilib. Q. Nəsirov artıq polis tərəfindən saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, qətli törədən Q.Nəsirovun psixi pozğunluğu olub. O qızına və kürəkəninə bir neçə bıçaq zərbəsi vurub. Haya gələn qudaları, qızının qayınlarını bıçaqlayıb.