Cəmi altı ayda Azərbaycanda 6 min ailə boşanıb - Şok

cemi-alti-ayda-azerbaycanda-6-min-aile-bosanib-sok
Oxunma sayı: 688




Son açıqlanan rəsmi stastika adət ənənəmizə zidd olan bir reallığı ortaya qoyub. Altı ay ərzində 40 minə yaxın vətəndaş nigah bağlayıbsa, bu müddətdə 6000-ə yaxın cütlük nigahı pozub. Sadə dillə desək, indi yeni evlənən hər 10 ailədən biri boşanır. Çətin qurulan ailələr, asan dağılır. Bütün bu narahatlıqlar fonunda “ANS”əməkdaşı sadə bir suala cavab tapmağa çalışıb. Biz niyə boşanırıq ?

Əziyyətlə qurulan iki nəfərin ittifaqının tez dağılmasının səbəblərini mütəxəssislər müxtəlif cür izah edir. Onların fikrincə texnalogiyanın sürətlə inkişaf etdiyi bir dövrdə indi ər və arvad bir-birininin istək və arzularına daha az dözüm nümayiş etdirirlər. Yəni qısası onlar müəyyən məsələlərdə kompromisə getmirlər.

“Mənə elə gəlir ki, ailələrin boşanmasının səbəbi status problemidir. Təssüflər olsun ki, cəmiyyətdə psixologiya deqradasiyaya uğrayıb. Çünki insanlar daha yaxşı, daha gözəli istəyirlər, amma qarşı tərəfin maraqların nəzərə almırlar. Və münaisbətlər müəyyən müddətdən sonra gətirib konfiliktlərə çıxarır” – deyə psixoloq Murad İsayev bildirib.

Sosioloq Rafiq Təmrazov isə hesab edir ki, bu problem təminatın mmüxtəlifliyinə görə, özünü fərqli şəkillərdə göstərir: “Daha çox az təminatlı ailələrdə bu hal madiyyətlə bağlı olur. Mənzil-sosial-iqtisadi şəraitlər və s. Amma nisbətən imkanlı ailələrdə psixoloji faktorlar, mənəvi faktorlar və uyğunsuzluq və xəyanət məsələləri olur ki, bununla bağlı boşanma halları baş verir”.

Mütəxəssislər təzə qurulan ailələrin birliyinin uzun müddət davam etməməsinin bir səbəbini də bir araya gələn qızla oğlanın bir-birini yaxşı tanımamasında görür. Onların qənaətincə, cütlüklər seçim edərkən hətta bir-birilərinin xarakterləri barəsində yetərincə məlumat toplamadan nigaha girməyə tələsirlər .

“Vaxtilə ailə qurarkən insanlar bir-birini tanıyırdı və bir-biri barəsində məlumatlıydı. Kimin nəslində hansı xəstəlik var, kimin nəslində hansı problmli insan var və bu haqda da məlumatları olurdu. Bu məsələlərə çox diqqət yetirilirdi. Hətta müəyynləşdirilirdi ki, bunun nəslində, genində irsi xəstəlik varmı. Amma bu gün münasibətlər necədir. Biz sadəcə tələsirik ailə qurmağa, biz tələsirik oğlumuzu evləndirməyə, biz tələsirik qızımızı ərə verməyə” – deyə ailə və qadin məsələləri üzrə mütəxəssis Mehriban Zeynalova bildirib.

Təzə qurulan ailələrin işlərinə bəzən valideynlərin müdaxiləsi, sonsuzluq promlemi, hətta xarici televiziyalarda mənəviyyata zidd olan serialların nümayişinin də ailənin dağılmasını sürətləndirən səbəblər sırasında göstərilir. Ekspertlər həyəcan təbili çalır ki, əgər vəziyyət belə davam etsə Azərbaycanda boşanma artıq adi hala çevriləcək. Bu isə bizim milli mənəviyatımıza böyük bir zərbədir.