Cəmil Hacıyevin işdən çıxarılması ilə bağlı rəsmi açıqlama gəldi

cemil-haciyevin-isden-cixarilmasi-ile-bagli-resmi-aciqlama-geldi-
Oxunma sayı: 721

Xatırladaq ki, ADP mətbuat xidmətindən daxil olan məlumatda Cəmil Hacıyevin Bakı şəhər mədəniyyət və turizm idarəsindəki vəzifəsindən azad olunduğu bildirilidi.
Bu gün Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) rəhbərliyi 22 noyabr 2011-ci il tarixində saytda dərc olunan “Sərdar Cəlaloğlunun müavini işdən çıxarıldı” başlıqlı yazı ilə bağlı “Qafqazinfo” ya açıqlama göndərib.
Açıqlamda qeyd olunur ki, Cəmil Malik oğlu Hacıyev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində deyil, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində çalışıb.
Məlumatda bildirilir: “Nəzərinizə çatdırırıq ki, Binəqədi rayon MKS-də müxtəlif partiya mənusibiyyətli əməkdaşlar çalışır və onların fəaliyyəti Əmək qanunvericiliyinin tələbləri əsasında qiymətləndirilir.
Binəqədi rayon MKS-nin elktron informasiya-şöbəsinin müdiri C.Hacıyevin işdən azad edilməsi heç bir siyasi motiv daşımır və bu məsələ onun vəzifə funksiyasının layiqincə icra edilməməsi, əmək intizamının dəfələrlə kobud şəkildə pozulması, öhdəsinə düşən işə məsuliyyətsiz yanaşması ilə izah edilməlidir. Bu səbəbdən C.Hacıyevə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və töhmət verilmişdir.
Yuxarıda qeyd olunan səbəblər nəzərə alınaraq Binəqədi rayon MKS-nin Həmkarlar İttifaqının iclası keçirilmiş və C.Hacıyev qeyd olunan səbəblərdən tutduğu vəzifədən azad edilmişdir.”