“Cəmil Həsənli bir mandata görə səs- küy salır”- Etiraz

cemil-hesenli-bir-mandata-gore-ses-kuy-salir-etiraz
Oxunma sayı: 672

Bu təklifi müsbət qarşılayanlarla yanaşı, bu təklifin birbaşa milli maraqlara deyil, həmçinin konyiktura maraqlarına xidmət edənlər də oldu. BAXCP sədrinə qarşı kəskin mövqeylər səsləndirildi. Bununla bağlı “Qafqazinfo”ya acıqlama verən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Nİyaməddin Orduxanlı bildirib ki, “BAXCP sədri Qüdrət Həsənquliyevin bu təklifi təbiidir və birbaşa ikiyə bölünmüş bir xalqın maraqlarından irəli gəlir: ”Qüdrət bəy acıq forama bildrib ki, Avropada və Amerikada yaşayan soydaşlarımız da mürciət edirlər ki, Şimali Azərbaycanın, sadəcə, Azərbaycan Respublikası adlandırılması müəyyən problemlər yaradır. Məsələn, Güney Azərbaycanla bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldıranda deyirlər ki, Azərbaycan xalqı artıq öz müqəddaratını müəyyənləşdirib və dövlətini qurub. Amma Azərbaycan ərazisinin böyük qisminin İranın tərkibində olduğunu nəzərə alaraq və tarixi zərurətdən çıxış edərək biz Gülüstan və Türkmənçay müqavilələrini parlamentdə müzakirəyə çıxarıb ona hüquqi-siyasi qiymət verməliyik. Azərbaycan Respublikasının adını dəyişdirib Şimali Azərbaycan Respublikası qoymalıyıq”.

BAXCP sədrinin müavini Milli Məclis də bu təklifi dəstəkləyn şəxslərə xüsusi təşəkkürünü bilidirib:””Hakim Yeni Azərbaycan Partıyasından olan hörmətli millət vəkili Siyavuş Novruzova və digər şəxslərə minətdaram ki, bu cür mövqey ortaya qoydullar. Amma təəssüf edirəm ki, bir zamanlar Əbülfəz Elçibəyin müavini olan Cəmil Həsənli bu təklifi dövlətçiliyə münasibətdə siyasi konyunkturanın girovuna çevrilməkdən irəli gəldiyini bildirib:” Əslində, Cəmil Həsənlinin özü birbaşa konyukturaya xidmət etmiş adamdır. Həmişə şəxsi mənafeyindən cıxış edib. Bir mandata görə AXCP-dən imtina etdiyini unudub? Yadınızdarırsa, o, Əli Kərimliyə heç bir əhəmiyyət vermədən qayıdıb Milli Məclis də oturdu. Onda o, AXCP-də idi və hər yerdə deyridi ki, həyatımın ən şərəfli dövrünü AXCP-də keçirtmişəm. Amma mandata görə bundan imtina etdi. Belə bir adam 10 il deputat olub , niyə o vaxtlar indiki kimi “radikal” cıxışlar etmirdi? Xalqın qayğısına qalmırdı? 2010-cu il parlament seçkilərindən kənarda qalandan sonra olub xalq “təəssüfkeşi”. Cəmil Həsənli bir mandata görə bu cur səs küy salır. Əslində, bu gün “Ziyalılar Formu”nda hakimiyyətdən “vurulan” adamlar toplaşıb . Mən bu Forumu “Hakimiyyətdən Vurulmuşlar Forumu” adlandırardım. Daha bunun nəyi Ziyalılar Forumu oldu? Baxın da orda olan üzvlərə. Böyük əksəriyyəti mən dediyim adamlardır”.