Cəmil Həsənli ölkədən getməyib

cemil-hesenli-olkeden-getmeyib
Oxunma sayı: 702

Alim “Turan”a açıqlamasında deyib: “Mətbuatda Azərbaycanı tərk etməyim barədə yazıları oxudum. Bunlarin ciddi bir əsası yoxdur. Müvəqqəti olaraq Birləşmiş Ştatlarda, Vaşinqtondayam və noyabrın ilk günlərində Bakıya dönəcəyəm. Hazırda soyuq müharibə tarixi ilə bağlı bir proqram çərçivəsində buradayam. Soyuq müharibənin ilk illərində Stalinin Yaxın Şərq ölkələrinə yönələn genişlənmə siyasəti mövzusunda müəyyən araşdırmalar aparıram. Bu istiqamətdə hazırladığım araşdırmaların ilkin nəticələri Vudro Vilson Mərkəzinin bülleteninde cap ediləcək. Mərkəzin “Working Paper” seriyası növbəti saylarının birində mənim araşdırmalarımı nəşr etməyi də nəzərdə tutur və biz indi həmin işi görürük.
Türkiyə və ABŞ-ın çox nüfuzlu universitet və elmi mərkəzlərindən iş dəvətləri almışam. Lakin bunların heç birinə müsbət cavab verməmişəm. Mənim Azərbaycandan harasa getmək, köçmək fikrim yoxdur. Elmi proqram çərçivəsində müvəqqəti olaraq ölkədə olmamağım Azərbaycanı tərk etməyim kimi qəbul edilməməlidir. Bizim hələ Azərbaycanda görüləsi çox işlərimiz var və ömrün vəfa elədiyi müddətdə həmin işləri görməyə qərarlıyıq”.