“Çempion olduğumu dərk etdim”

cempion-oldugumu-derk-etdim-
Oxunma sayı: 649

“Qafqazinfo” Trendə istinadən xəbər verir ki, bunu jurnalistlərə sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov deyib. Onun sözlərinə görə, bu nəticə ilə kifayətlənmək olmaz. “Mən daha çox məşq edəcəm. Mənim arzum və məqsədim böyüklər arasında dünya çempionu və ikiqat olimpiya çempionu olmaqdır”, – Əsgərov deyib.

Qeyd edək ki, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında idmanın 16 növündə 53 idmançı ilə təmsil olunurdu. Azərbaycan Olimpiya Oyunlarında 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal qazanıb.

Sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionu adını qazanıblar, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıb. Qadınlar arasında güləşçimiz Mariya Stadnik olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç isə üçüncü yeri tutub.

Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov da bürünc medal qazanıb.